İran

ABAN ETİRAZLARINDA ÖLDÜRÜLƏNLƏRLƏ BAĞLI RƏSMİ AMAR AÇIQLANDI

7 aydan sonra aban etirazlarında ölənlərin birinci rəsmi amarı açıqlandı

Ölkə vəziri Əbdulrza Rəhmani Fəzli Telvezyonda çıxış edərkən Aban etirazlarında 225 nəfərin öldüyünü təyid etdi. Ölənlərdən 45 nəfərini şəhid elam edib. Bəzilərinin heç bir günahının olmadığını bildirib. Vurğulayıb ki, onlar şəxsi silahla öldürülüb. Bu silahlar intizami qüvvələrinə aid olmayıb.

Rəhmani Fəzli sözlərinin ardında deyib:

Düşmənlər ölənlərin sayını 10 min nəfərdən 2 min nəfərə kimi olduğunu bildirib. Onlar aylar öncədən bərnamə qurmuşdular və biz isə onları izləmişdik. Benzin qimətlərinin artması əllərinə bəhanə verdi”

O eləcədə 225 nəfərin öldürülməsini təiid edərək bunu “əmniyyəti müdafiə etmək” kimi dəyərləndirib. Qeyd edək ki, bir necə müddət öncə Qələhəsən xan, qüds Fərmandarı olan Leyla Vasiqi abanın 25-i atəş açmaq əmrini verdiyini elam etdi. O bu haqda belə xatırlatma edib:

“ Etirazçılar Fərmandari qapısını sındıraraq içəri girdi. Bəziləri sinəsini önə tutaraq “cürətiz var vurun”-deyə təhrik edirdi. Etirazçılar  güllə atmaq əmrinin ancaq yuxarıdan gəldiyini və məmurların belə bir haqqının olmadığını bildiridilər. Ancaq mən demişdim ki,  Fərmandara girən etirazçını güllə ilə vurun”.

Xatırladaq ki, 225 nəfərin aban etirazlarında öldürülməsi ilə bağlı Tehran məqamları heç bir aamar verməyib.

Bununla bağlı Reuters xəbər ajansı ölkə vizarəti məqamlarına istinadən aban etirazlarında ölənlərin sayının 1500 nəfərin olduğunu yazıb. Eyni halda beynalxalq əfv təşkilatı 2 həftə öncə yayınladığı raporda həmin etirazlarda ən azı 304 nəfərin öldüyünü və bir çox etirazçının itkin düşdüyünü bildirib. İranın əmniyyəti qüvvələrinin əməllərini “öldürmək qəsdi ilə güllə açmaq” siyasəti adlandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button