İran

Səfadəşt şəhərində anbarda partlayış baş verib

Bu gün səhər saatlarında Məlard vilayətinin Səfadəşt şəhərində eşidilən partlayış səslərinə aydınlıq gətirilib. Məlard Vilayətinin Urjans rəisinin sözlərinə görə, şəhərdə yerləşən rəng və lastik tullantılar anbarında partlayış baş verib. Olay nəticəsində azı 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Mehrdad Əyyubi urjans mütəxəssislərinin olay yerinə göndərildiyini bildirib. Yaralılar Əlbürz Əyalətinin Mahdəşt şəhərinin Şəriəti adına Mərizxanasına çatdırılıb. Partlayışın hansı səbəbdən baş verməsi açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button