Azərbaycan

Azadlığın qutlu olsun, Zəngilan!

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan cümhurisinin tarixi torpaqlarından olan Zəngilan şəhərinin işğalı günüdür. Zəngilan 29 oktobr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. ustanın müdafiəsi zamanı 188 nəfər həyatını itirib, 44 nəfər isə itkin düşüb. Bu gün isə həmin tarixi faciədən daha 27 il ötmür. Bəli, Azərbaycan əsgəri böyük bir tarix yazaraq əzəli torpaqlarımızı düşmən işğalından azad etməkdə davam edir. Müzəffər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində ölkəmiz yenidən torpaqlarına qovuşur.
Məlum olduğu kimi septambrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri cəhbənin müxtəlif məntəqələrindən iri silahlardan istifadə etməklə qeyri-nizamilərin sıx toplaşdığı əraziləri atəşə tutaraq öz çirkin və terrorçu əməllərini bir daha nümayiş etdirdi. Düşmən tərəfinin dinc sakinlərin məskunlaşdığı əraziləri hədəf alması onun mənfur simasının göstəricisidir. Cəbhə boyu ərazilərdə şiddətli döyüşlərin getdiyi müddətlə dəfələrlə insani atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, düşmən Azərbaycan torpaqlarında təxribatlar törətməkdən çəkinmir. İnsani atəşkəsi riayət edən Azərbaycan isə ermənilərin terrorist hücumlarına səbrlə yanaşaraq uyğun cavab tədbirləri görür. Mövcud durumdan sui-istifadə edən Ermənistan məqsədyönlü şəkildə durumu gərginləşdirməklə bir daha təxribatlarına zəmin yaradır.
Şiddətli və uzunsürən mübarizədən sonra rəşadətli Azərbaycan Ordusu 20 oktobr 2020-ci ildə Zəngilan şəhərini, kənd və qəsəbələrini, 21,22,23,26,28 oktobr 2020-ci il tarixlərində isə kənd, qəsəbə və başqa önəmli strateji yüksəklikləri işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Related Articles

Bir cavab yazın

Back to top button