İran

Abbas Lesani ilə başqa siyasi məhbuslar aclığı dayandırdı

Ərdəbil zindanının məsulları Güney azərbaycanlıların birliyi qarşısında geriyə addım atıb.

Abbas Lesani ilə başqa azərbaycanlı siyasi məhbusların irəli sürdüyü istəkləri qəbul edilib. Bundan sonra siyasi məhbuslar aclıq etisabını dayandırıb. Bu barədə yaxınları ilə telefon əlaqəsi zamanı siyasi məhbuslar məlumat veriblər.
Abbas Lesani bildirib ki, azərbaycanlı siyasi məhbusların irəli sürdüyü tələblərin qısa müddətdə qəbul olunması həbsdə olan etirazçıların birliyi, eləcə də milli-mədəni fəalların geniş fəaliyyəti nəticəsində baş verib.
O, aksiyaçıların adından Azərbaycanda və bütün dünyada birlik göstərərək onlara dəstək verən türk fəallara minnətdarlığını bildirib. Habelə, siyasi məhbuslar la milli fəalların birliyini, eləcə də camiənin məsələyə diqqət yetirməsini mədəni mübarizəni qələbəyə aparın üçbucağın tərəfləri adlandırıb.
“Ümid edirik ki, Ərdəbil zindanının məsulları aksiyaçıların tələblərini qəbul etməsi İrandaki bütün həbsxanalarda qanunlara və insan haqları konvensiyalarının müddəalarına əməl olunmasına zəmin yaradacaq”-deyə, Abbas Lesani bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button