Azərbaycanİran

Abbas Lisani əməliyyat olundu

Martın 13-də Təbrizin Vəliəsr xəstəxanasında keçmiş siyasi məhbus Abbas Lisani üzərində bel diskinin qapalı əməliyyatı (ozon terapiyası) keçirilib.

Bundan öncə Abbas Lisani həbsdə olduğu müddətdə həkimlərin rəyinə baxmayaraq onun normal müalicəsinə imkan verilmədiyi üçün vəziyyətinin ağırlaşdığı və uzun müddətli müalicəyə ehtiyac duyulduğu bildirilir.

Qeyd edək ki, Fevralın 21-də 50 ay həbs çəkdikdən sonra Ərdəbil həbsxanasından çıxarılaraq Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani “məcburi sürgün hökmünə tabe olmayacağam” fevralın 23-də Ərdəbilə geri dönüb.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button