Azərbaycanİran

Abbas Lisani: “Məcburi məhkumluğa tabe olmayacağam”

İranın Yəzd şəhərinə sürgün edilən siyasi məhbus və milli fəal Abbas Lisani ailəsi ilə qısa telefon danışığı zamanı məcburi məskunlaşmaq məhkumluğuna baş əyməyəcəyini deyib.

O, bundan əvvəl tibbi məzuniyyət zamanı Təbrizdə müalicə olunduğunu və hazırda bir neçə xəstəlikdən əziyyət çəkdiyi halda 1200 kilometrlik məsafəni qət etmək iməyin onun üçün çətin olduğunu söyləyib.

Abbas Lisani 50 ay həbs cəzası çəkdikdən sonra fevralın 21-də polis qüvvələrinin müşayiəti ilə həbsxananın 7-ci bölməsindən Ərdəbil şəhəri polis idarəsinin təcridxanasına, oradan isə Yəzd şəhərinə sürgünə göndərilib.

Qeyd edək ki, Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsi, bir neçə xəstəlikdən əziyyət çəkməsi və müalicə olunması ilə bağlı həkimlərin rəyinə baxmayaraq, onun tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button