İran

Abbas Lisaninin azadlığa buraxılması üçün imza kampaniyası toplanılır

Beynəlmiləl Əfv Təşkilatının Türkiyə şöbəsi İranın qəzaiyyə Qüvvəsinin başçısını Abbas Lisanini azad etməyə çağıran imza kəmpeyni başladıb. Kəmpeyndə bütün azadlıqsevər insanların iştirak etməsi istənilib.
“Amnesty International” təşkilatı Abbas Lisaninin həbs cəzasının artırılması barədə bildirib: “Ərdəbil zindanında özbaşına tutulan azərbaycanlı türk fəal Abbas Lisani, təcdidnəzər məhkəməsi tərəfindən olduqca haqsız mühakimə olunduqdan sonra 15 il həbs cəzasına məhkum edilib. Təcdidnəzər məhkəməsinə bundan öncə dadsitan məqamında Abbas Lisaniyə qarşı ittihamlar irəli sürmək həvalə edilmiş bir qazı rəsilik edib. Bu ilin tir ayında İran Ali Məhkəməsi onun dadrəsi iadəsi tələbini rədd edib”. Vurğulayaq ki, Abbas Lisani Azərbaycan türklərinin hüquqlarını difa edib və bu səbəbdən dəfələrlə tutuqlanıb.
Azərbaycan türkcəsində təqvim çap etmək, Dünya Ana Dili Günündə təşkil olunan fərhəngi toplantılara qatılmaq, dinc etiraz mitinqlərində öldürülən Azərbaycan türklərinin anım mərasimində iştirak etmək fəalın öncəki həbslərinin səbəbləri olub.
Abbas Lisani mədəni fəaliyyətlərinə görə “milli əmniyətə qarşı addım atmaq” ittihamı ilə dəfələrlə ədalətsiz mühakimələrlə üzləşib.

Related Articles

Bir cavab yazın

Back to top button