Azərbaycan

Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb

O, avqustun 13-də Ərdəbil İnqilab Məhkəməsinin Qərarların İcrası Şöbəsində olub.

Tibbi məzuniyyətdə olan Abbas Lisani 6 aylıq məzuniyyət müddətinin bitdiyi üçün avqustun 13-də Ərdəbil İnqilab Məhkəməsinin Qərarların İcrası Şöbəsində olub.

Ərdəbil şəhərinin məhkəmə-tibbi ekspertizası və Ləsəninin mütəxəssis həkimi Dr.Rəhimi Məmqaninin təqdim etdiyi müalicə prosesinin tibbi sənədlərinin tədqiqinə əsasən, azərbaycanlı siyasi fəalın məzuniyyət müddəti uzadılıb.

Ərdəbil İnqilab Məhkəməsinin icra şöbəsinin rəhbəri Abbas Lasaniyə bildiriblər ki, yoxlamaların təfərrüatları məhkəmənin bildiriş sistemi vasitəsilə ona göndəriləcək.

Müxtəlif xəstəliklərdən, o cümlədən fəqərə sütununda ciddi problemin olduğundan əziyyət çəkən milli fəal əməliyyat olunub və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun uzun müddətli müalicəyə ehtiyacı olduğu barədə arayış verdikdən sonra o, mayın 23-dən 6 aylıq tibbi məzuniyyətə buraxılıb.

Abbas Lisani, 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button