İran

Abbas Lisaninin vəziyyəti ilə bağlı Cavid Rəhmana müraciət edilib

Azərbaycan İnsan Haqları Dərnəyi həbsdə olan azərbaycanlı milli fəal Abbas Lisaninin telefon təması hüququndan məhrum edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə özəl jurnalistinə şikayət edib. Belə ki, dərnəyin müdiri Jalə Təbrizi novambrın 24-də açıqlama yayaraq başçılıq etdiyi qurumun beynəlxalq təşkilatın İran üzrə özəl jurnalisti Cavid Rəhmana şikayət təqdim etdiyi barədə məlumat verib.
Bildirək ki, novambrın 13-dən etibarən Ərdəbilin mərkəzi zindanının 7-ci bəndində saxlanılan siyasi məhbus Abbas Lisaninin ikinci dəfə yaxınları ilə telefon təması və görüşünə qadağa qoyulub. Azərbaycanlı milli fəal novambrın 20-də icra edilən qadağalara etiraz olaraq zindanın əfsər nigəhbanının otağında beş saat bəst etirazı keçirərək uyğun cavab tələb edib. Beləliklə, zindan müdiriyyəti Ərdəbil dadsitanı Abdullah Təbatəbayi tərəfindən imzalanmış telefon qadağası ilə bağlı məktubu ona təqdim ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button