İran

Abdullahian: “Tehran və İrəvan arasında uzunmüddətli əlaqələr hər gün genişlənir və yeni mahiyyət kəsb edir”

"Sevindirici haldır ki, iki ölkə arasında çoxillik tarixi sivilizasiya əlaqələri və ümumi maraqlara əsaslanan dostluq və sıx münasibətlər hər gün genişlənir və yeni aspektlər qazanır".

“Sevindirici haldır ki, iki ölkə arasında çoxillik tarixi sivilizasiya əlaqələri və ümumi maraqlara əsaslanan dostluq və sıx münasibətlər hər gün genişlənir və yeni aspektlər qazanır”.

“Aznews tv” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ermənistanlı həmkarına ünvanladığı məktubda bildirib.

Abdullahian Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İslam İnqilabının 43-cü ildönümü münasibətilə ona göndərdiyi təbrik məktubuna cavab verib. Belə ki, o, ermənistanlı həmkarına təşəkkürünü bildirərək, ölkəsinin dünya ölkələri, o cümlədən qonşu dövlətlərlə münasibətlərə xüsusi önəm verdiyini və ikitərəfli əlaqələri inkişaf etdirməyə səy göstərdiyini iddia edib.

“Əminəm ki, qarşılıqlı səylər və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq planlarının həyata keçirilməsi ilə xalqlarımız arasında əlaqələrin öncəkindən daha çox genişlənməsini və möhkəmlənməsini, habelə bölgədə təhlükəsizlik və sabitliyin möhkəmlənməsini görəcəyik”, – deyə iranlı nazir fikrini tamamlayıb.

Qeyd edək ki, hər zaman İslam həmrəyliyindən dəm vuran İran rejiminin Azərbaycanın müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirmiş, onları 30 il öz doğma torpaqlarından didərgin salmış işğalçı Ermənistanla bu cür dost-qardaş münasibətləri təəssüf və təəccüb doğurmaya bilməz.

Related Articles

Bir cavab yazın

Back to top button