BölgəDünyaİran

ABŞ B-52 bombardmançılarını İrana yaxınlaşdırdı, eyni vaxtda 52 F-35 qırıcısı havaya qaldırıldı

ABŞ B-52 strateji bombardmançılarını Luiziana ştatındakı aviabazadan Hind okeanındakı Dieqo-Qarsia adasına göndərib. Virtualaz.org Amerika KİV-lərinə istinadən xəbər verir ki, bu yerdəyişmə İranın “Əl-Qüds” qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsi əməliyyatından dərhal sonra baş verib.
ABŞ Müdafiə Nazirliyində bombardmançıların İrana görə göndərildiyini istisna etməyiblər. Pentaqondakı mənbə deyib ki, B-52 təyyarələrinin İrana qarşı mümkün zərbələrdə istifadə edilməsi mümkündür.
Digər məlumata görə ABŞ Hərbi Hava Qüvvələrinin 10-dan artıq  C-5 Galaxy və C-17 Globemaster III İranla mümkün hərbi münaqişə hazırlığı çərçivəsində İspaniyaya eniblər. Təyyarələr Rota və Moron-de-la-Frontera bazalarında yerləşdiriləcəklər.  Həmin bazalarda yanacaqdolduran təyyarələr və vertolyotlar da yerləşir.
Habelə ötən gün ABŞ Hərbi Hava Qüvvələrinin F-35 qırıcıları ilə təchiz edilmiş  338-ci və 419-cu aviapolkları təlim keçirib. Yuta ştatındakı bazada dislokasiya edilmiş eskadrilyaların eyni vaxtda 52 F-35 qırıcısı havaya qaldırılıb. Təyyarələr tam döyüş təchizatlı olublar. “Biz uçmağa, döyüşməyə və qalib gəlməyə hazırıq”,-təlimlərdən dərhal sonra 419-cu aviapolkun Tvitter hesabında bildirilib.
Doğrudur, təlimlərdə iştirak edən qırıcılar qurudan havaya qalxır və onları İrana qarşı istifadə etmək üçün Yaxın Şərqdəki hansısa Amerika bazasına göndərmək lazım gələrdi. Bu isə kifayət qədər bahalı əməliyyatdır. Lakin Amerikanın İranı cilovlamaq üçün bu xərclərdən çəkinməyəcəyi də dəqiqdir.

Related Articles

Bir cavab yazın

Back to top button