Dünya

ABŞ Belarus müxalifəti ilə strateji dialoqa başlayır

ABŞ 2023-cü ilin sonundan etibarən “Belarusun demokratik hərəkatı və vətəndaş cəmiyyəti” ilə strateji dialoqa başlamaq niyyətindədir.

Bu barədə ABŞ dövlət katibinin müavini Vendi Şerman və Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanın Vaşinqtonda görüşündən sonra verilən birgə bəyanatda qeyd olunub.

Qeyd olunur ki, strateji dialoqda Belarus məsələləri ilə məşğul olan ABŞ dövlət qurumları, o cümlədən Belarusun demokratik qüvvələri, siyasi liderlər, vətəndaş cəmiyyəti nümayəndələri, müstəqil jurnalistlər, hüquq müdafiəçiləri, sadə Belarus vətəndaşları iştirak edəcək.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Belarus müxalifəti ilə əməkdaşlıq üzrə xüsusi nümayəndə təyin etmək niyyətində olduğunu bildirib. (modern)

Related Articles

Bir cavab yazın

Back to top button