Dünya

ABŞ-da virusa yoluxanların sayı 17 milyonu ötdü

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 17 000 408 nəfər çatıb.

Bunu Cons Hopkins Universitetinin məlumatları göstərir.

Virusa yoluxanların sayına görə Kaliforniya ştatı liderdir. Burada 1 715 422 nəfərin pandemiyadan əziyyət çəkdiyi məlumdir.

Daha sonra Texas (1 534 831 nəfər), Florida (1 155 335 nəfər ), İllinoys (870 600) və Nyu-York (804 555) ştatı gəlir.

ABŞ-da ümumilikdə koronavirusdan müalicə alan 307 770 pasiyent vəfat edib.

Pandemiya başlayandan dünyada təxminən 74 milyon insan koronavirusa yoluxub, onlardan 1,6 milyondan çoxu ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button