İran

ABŞ Dövlət Departamenti İranda qadın alveri ilə bağlı illik hesabat yayıb

Amerika Dövlət Departamentinin ötən ay dərc edilmiş insan alveri ilə bağlı illik hesabatında iranlı qadınların digər ölkələrdə alveri və onların cinsi istismarı haqqında ətraflı məlumat verilib.

Ancaq bu məsələ yerli və farsdilli mətbuatda çox az öz əksini tapır. Bəs iranlı qadınların alveri, onların cinsi istismarı və İslam Respublikasının bu məsələdə rolu haqqında nə bilirik? Niyə qadın alveri faktları mediada az işıqlandırılır? Amerika Dövlət Departamentinin insan alveri ilə bağlı illik hesabatında iranlı qadın və qızların alveri ilə bağlı nələrdən bəhs olunub?

Əvvəlcə onu qeyd etmək lazımdır ki, Amerika Dövlət Departamentinin insan alveri ilə bağlı illik hesabatında İran İslam Respublikası bir neçə il ardıcıl olaraq ən uğursuz ölkələrdən biri kimi qiymətləndirilib.

İnsan alverinin vəziyyəti ilə bağlı hesabatda ölkələr bu məsələ ilə necə mübarizə aparmaq, şəffaflıq səviyyəsi və müvafiq standartlara uyğunluq əsasında üç qrupa bölünür. Bu il İran İslam Respublikası üçüncü, yəni insan alveri ilə məşğul olan ölkələrin ən aşağı kateqoriyasında qərarlaşıb.

Hesabatda, habelə iranlı qızları cinsi ticarət üçün Malayziyaya aparan dəstə üzvlərinin həbsinə də işarə edilib və bunun İranda insan alveri ilə mübarizədə mövcud olan maneələri araşdırmaq üçün nümunə olduğu qeyd olunub.https://t.me/AzadIranTelegram/9192

Related Articles

Bir cavab yazın

Back to top button