“ANT” xəbər verir ki, bu barədə qurumun rəhbərliyinin noyabrın 6-7-də keçirilən iclasının yekunları ilə bağlı yayılan məlumatda deyilir.
Federal Ehtiyat Sisteminin rəhbərliyi inflyasiyanın artım tempindən razıdır, baxmayaraq ki, əksər göstəricilər üzrə hələ də hədəf 2%-i ötüb.
Onlar vurğulayıblar ki, baza faiz dərəcəsinin tədricən azaldılması mümkündür: “İclas iştirakçıları pul siyasətinin perspektivlərini müzakirə edərkən qeyd ediblər ki, məlumatlar gözləntilərə cavab verərsə, inflyasiya davamlı olaraq 2%-ə enməkdə davam edəcək və iqtisadiyyat təxminən maksimum məşğulluğu qoruyub saxlayacaq. Onda yəqin ki, zaman keçdikcə tədricən daha neytral siyasətə keçmək məqsədəuyğun olar”.