
Bunu Tehranın cümə imamı və Əli Xaməneinin nümayəndəsi Əhməd Xatəmi deyib.
“Danışıqlar yalnız nüvə proqramı ilə bağlıdır, bundan başqa mövzularda danışmamışıq, danışmırıq və danışmayacayıq”,- cümə imamı əlavə edib.
O, İranın proksi qüvvələrinin, o cümələdən “Hizbullah”ın tərk-silah edilməsi ilə bağlı məsələlərə də toxunub və bunun mümkün olmayacağını söyləyib:
“”Hizbullah”ın tərk-silah ediməsi yuxu və xəyaldır, bu baş tutmayacaq”,- Əhməd Xatəmi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Əhməd Xatəmi ABŞ ilə danışıqlar barədə bəyanatları kəskin pisləyib və buna razılıq verənləri təhqir etmiş, onları şərəfsiz və satqın adlandırmışdı.
Danışıqlar isə onun rəhbəri Əli Xaməneinin razılığından sonra başlayıb.