BölgəDünyaSiyasət

ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları hərbi əməkdaşlığa toxunmayacaq

Silah ticarəti ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarına daxil edilməməlidir və bununla bağlı Pentaqon xüsusi istisna hazırlayacaq.

Aznews.tv xəbər verir ki, bunu jurnalistlərə Pentaqonun yüksək vəzifəli nümayəndəsi bildirib.

“ABŞ-ın Maliyyə Nazirliyi sanksiyaların müəyyən fəaliyyətə toxunmamaı üçün ümumi istisna hazırlayır. Əsas məqsəd hərbi nəqliyyatları və digər bəndləri sanksiyaların toxunduğu sahələrdən çıxarmaqdır”, – deyə o, əlavə edib.

Onun sözlərinə görə, ABŞ və Türkiyə arasında rəsmi əlaqələrin arası kəsilməməlidir.

Vaşinqton bundan sonra da Ankara ilə diplomatik əlaqələri dəstəkləyəcək və əsas məqsəd Türkiyənin Suriyadakı addımlarının dayandırmaqdır.

Qeyd edək ki, Penaqon rəsmisi ABŞ və Türkiyə arasında müdafiə sahəsində uzunmüddətli və sağlam münasibətlər formalaşıb.

“Bunları qorumaq üçün, onları cari krizisdən xaric qəbul etmək lazımdır”, – deyə o, qeyd edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button