İran

ÖLKƏDƏ KORONAVİRUSA TUTULANLARLA BAĞLI SON AMAR

İranın Behdaşt Vəzirliyi ölkədəki vəziyyətlə bağlı açıqlama verib. Məlumata görə, daha 2 573 nəfərdə koronavirusun tapıldığı bildirilib. Bununla da tutulma sayı 207 525-ə çatıb.
Ölkədə koronavirusdan ölənlərin sayı daha 119 nəfər artaraq 9 742 nəfərə yüksəlib.
Bundan başqa, indiyədək 166 427 nəfər sağalaraq mərizxanadan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyonu ötən ilin dey ayında Çinin Vuhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyonuna indiyədək tutulanların sayı 9 milyonu ötüb. Bunların 4,8 milyondan çoxu sağalıb, 471 mindən çoxu isə ölüb.
Ümumdünya Behdaşt Təşkilatı fevriyyənin 11-də infeksiyonun adını COVID-19 qoyub, marsın 11-də isə koronavirusu pandemi elan edib.

Related Articles

Bir cavab yazın

Back to top button