Dünyaİran

ABŞ – İran arasında məhbus mübadiləsinin vaxtı məlum olub

ABŞ ilə məhbusların mübadiləsi sazişinin icrası və İran pullarının Cənubi Koreyada sərbəst buraxılması üçün iki ay müddət müəyyən edilib. Bu barədə İran xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlama verib.

O, Tehran və Vaşinqton arasında gələcəkdə mümkün danışıqlar barədə yayılan xəbərlərə münasibət bildirib:

“İran və ABŞ arasında BMT Baş Assambleyasının iclası çərçivəsində və ya başqa yerdə birbaşa dialoq planı yoxdur”.

Qeyd edək ki, İranla – ABŞ arasında baş tutan razılaşmaya əsasən, İranda saxlanılan 5 İran əsilli amerikalı ev dustaqlığına buraxılıb və İranın dondurulmuş vəsaitinin humanitar sahələrdə istifadəsi üçün razılıq verilib.

#İran #Amerika

Related Articles

Bir cavab yazın

Back to top button