Dünyaİqtisadiyyatİran

ABŞ İrana görə Ermənistan şirkətlərini qara siyahıya saldı

ABŞ-ın Ticarət Nazirliyi ondan çox ölkənin, o cümlədən Ermənistanın şirkətlərini qara siyahıya salıb.

Aznews.tv xəbər verir ki, sanksiyaya Ermənistanın 2 şirkəti məruz qalıb: “İrəvan rabitə vasitələri elmi-tədqiqat institutu” QSC və “Markel” QSC.

Qeyd edilir ki, bu şirkətlər zəruri lisenziya olmadan ABŞ-ın sənaye və təhlükəsizlik bürosunun “Kommersiya nəzarəti siyahısına” daxil olan malların ticarətini aparıb.

Bundan əlavə, Gürcüstan, Kanada, Rusiya, Çin, Belçika, Honkonq, Malayziya, Niderland, Böyük Britaniya və BƏƏ kimi ölkələrin 14 şirkəti də ABŞ tərəfindən qara siyahıya salınıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button