Dünyaİran

ABŞ İranın bir sıra şirkət və rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi çərşənbə günü bir sıra İran rəsmiləri və təşkilatlarına qarşı qadınların hüquqlarının pozulmasına görə sanksiyalar tətbiq edib.

Trend xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.

“Bu gün Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi qadın və qızlara qarşı insan haqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan İran rejiminin bir neçə rəsmisi və təşkilatına, o cümlədən İran həbsxana sisteminin iki yüksək vəzifəli üzvünə qarşı sanksiya tətbiq edib”, – deyə açıqlmada bildirilir.

Qeyd edilir ki, Nazirlik İran ordusunun yüksək vəzifəli komandiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli lideri, eləcə də “rejimin internetə çıxışın qarşısını almaq səylərində mərkəzi rol oynamış” İran rəsmisinə qarşı tədbir görüb.

Bundan əlavə, 3 İran şirkəti və onların rəhbərlərinə qarşı da sanksiyalar tətbiq edilib

Related Articles

Bir cavab yazın

Back to top button