Dünyaİran

ABŞ İranın mərhum prezidenti İbrahim Rəisinin BMT-də cümə axşamı keçiriləcək anım mərasimini boykot edəcək

193 ölkədən ibarət Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ənənəvi olaraq ölümü zamanı hakimiyyətdə olan istənilən dünya liderinin xatirəsinə anım mərasimi keçirir.

31 mayda keçiriləcək mərasimdə helikopter qəzasında həlak olan İbrahim Rəisi haqqında çıxışlar olacaq.

“Biz heç bir halda bu mərasimdə iştirak etməyəcəyik. Birləşmiş Millətlər Təşkilatı İran xalqının yanında olmalıdır, onlara onilliklər boyu zülm edən birinin anım mərasimi keçirməməlidir”, – “Reuters” xəbər agentliyi anonimliyini qorumaqla amerikalı məmurdan sitat gətirib.

Related Articles

Bir cavab yazın

Back to top button