DünyaİranSiyasət

ABŞ İranın Milli Bankına qarşı sanksiyalar tətbiq edib

Amerika Birləşmiş Ştatları İranın Milli Bankına qarşı sanksiyalar tətbiq edib

Aznews.tv xəbər verir ki, bunu ölkənin prezidenti Donald Tramp bəyan edib.

“Bu İrana qarşı tətbiq etdiyimiz ən ağır səviyyəli sanksiyalardır”, – deyə Tramp əlavə edib.

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin isə bu bankın İran hakimiyyəti üçün “sonuncu maliyyə mənbəyi” olduğunu bildirib.

Qeyd edək ki, İranın Milli Bankı ölkənin ən iri kommersiya və maliyyə institutlarından biridir.

2016-cı ildə bankın aktivləri 80 milyard dollar civarında idi və İran ərazisində 3 mindən çox bölməyə sahib idi.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button