DünyaİranSiyasət

ABŞ İranın Xarici İşlər Nazirinin hərəkətini məhdudlaşdırıb

ABŞ İran XİN rəhbəri Məhəmməd Cavad Zərifə qarşı sanksiyalar tətbiq edəcəyi ilə təhdid etdikdən sonra ona viza verib, lakin Manhettenin mərkəzində yerləşən İran missiyasından qırağa çıxmağa qadağa qoyub.

Aznews.tv xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

“Amerikalı diplomatlar Tehranın ortasında gəzişmirlər, buna görə də iranlı diplomatların əlini-qolunu sallaya-sallaya Nyu-Yorkda gəzmələrini uyğun görmürük”, – deyə Pompeo “The Washington Post” qəzetinə deyib.

Qeyd edək ki, 1979-cu ildə baş verən İslam inqilabından sonra iki ölkə diplomatik əlaqələrinə xitam veriblər və bu səbəbdən İranda amerikalı diplomat yoxdur.

“Xarici İşlər Naziri Zərif buraya gələrək acıqlı təbliğat aparmaq üçün Birləşmiş Ştatların azadlıqlarından istifadə edə bilməyəcək”, – deyə Pompeo əlavə edib.

BMT nümayəndəsi Fərhan Xak jurnalistlərə açıqlamasında BMT katibliyinin Zərifin səfəri ilə bağlı hər iki ölkənin missiyası ilə əlaqə qurduğunu və qəbul edən tərəfə öz narahtlığını bildiridiyini qeyd edib.

BMT-nin qəbul edən tərəfi kimi, ABŞ təşkilatın işləri ilə bağlı əcnəbi diplomatlara operativ şəkildə viza vermək öhdəliyi götürüb, lakin nadir hallarda əks addım ata bilir.

Adətən rəsmi Vaşinqton düşmən ölkələrin diplomatlarına Nyu-Yorkun Kolumbiya dairəsinin 40 kilometrlik (25 millik) radiusundan qırağa çıxmağa icazə vermir.

Qeyd edək ki, M.C.Zərif çərşənbə günü BMT-nin İqtisadi və İctimai Şurası çərçivəsində çıxış etməyi planlaşdırır.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button