Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Layihə noyabrın 3-də Nümayəndələr Palatasının üzvlərinin lehinə 342 səs, əleyhinə cəmi 69 səslə qəbul edilib.
Bu plana əsasən, xarici limanlar və neft emalı zavodları İrandan ixrac olunan nefti aldıqları və ya saxladıqları təqdirdə ABŞ tərəfindən sanksiyalara məruz qalacaqlar.
Bu layihənin qanuna çevrilməsi üçün Senat tərəfindən təsdiq edilməli və ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.
Layihə müəlliflərindən olan respublikaçı Mayk Louler və demokrat Jared Moskovitz bununla bağlı bəyanat yayıblar.
“Bu layihə Çin, Rusiya və başqalarına mesaj verir ki, sanksiyalardan yan keçməsi və terrorizmi maliyyələşdirməsi üçün İrana kömək etməsinlər, əks halda bunun nəticələri ilə üzləşəcəklər”,- bəyanatda bildirilib.