Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

ABŞ-nin yeni hökuməti İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Reuters agentliyi ABŞ Maliyyə Nazirliyinin enerji, gəmiçilik və neft sektorlarında İrana qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Donald Tramp administrasiyasının Xəzinədarlıq Departamenti bildirir ki o, yüz milyonlarla dollar dəyərində milyonlarla barel İran neftinin Çinə ötürülməsində iştirak edən və İranın hərbi fəaliyyətləri üçün gəlir əldə edən beynəlxalq neft şəbəkəsinə sanksiya tətbiq edib.

Departamentin açıqlamasına görə, Tramp administrasiyasının yeni sanksiyaları Çin, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla dünyanın müxtəlif bölgələrindəki bəzi şəxslər və şirkətləri hədəf alıb.

ABŞ Maliyyə Nazirliyinin sözçüsü bildirib ki,  “Sepehr Energy” şirkəti və İran neftinin nəqlinə kömək edən gəmi donanması yeni sanksiyaların hədəfi olub.

Related Articles

Bir cavab yazın

Back to top button