Dünya

ABŞ öz əsgərlərini Somalidən çıxarır

ABŞ prezidenti Donald Tramp təxminən 700 əsgərdən ibarət olan Somalidəki Amerika hərbi kontingentinin, demək olar ki, hamısının çıxarılmasına dair qərar verib.

Onlar Keniya və Cibutiyə yerləşdiriləcək.

Vaşinqton öz tərəfdaşlarına dəstəyi, həmçinin ekstremist qruplara qarşı mübarizədə də davam etdirmək niyyətindədir. Pentaqonun qənaətinə görə, bu qərar hərbi qulluqçuların bir hissəsinin Afrikanın şərqini tərk edə biləcəyi deməkdir. Bununla belə, qüvvələrin qalan hissəsi Somali ilə qonşu ölkələrdə yerləşdiriləcək və onlar Somali ərazisində də əməliyyatlar keçirmək iqtidarında olacaqlar.

Related Articles

Bir cavab yazın

Back to top button