İran

ABŞ SEPAH-yə görə İraq aviaşirkətinə sanksiya tətbiq etdi

ABŞ İraqın "Fly Bağdad" aviaşirkətinə qarşı sanksiya tətbiq edib: sanksiya səbəbindən aviaşirkətin bütün uçuşları dayandırılıb.

ABŞ Maliyyə Nazirliyi İraqın aviaşirkətini SEPAH üzvlərini və SEPAH-yə məxsus hərbi texnikanı Suriyaya daşıdığına görə cəzalandırıb.

Bununla yanaşı, Vaşinqton İraqda fəaliyyət göstərən İrana bağlı “Kətaibi Hizbullah” silahlı qruplaşmasının bir neçə rəhbərinə də sanksiya tətbiq edib.

ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə köməkçisi Brayan Nelson məsələ ilə bağlı açıqlama verib:

“İran və ona bağlı qruplar öz hücumlarını maliyyələşdirmək və həyata keçirmək üçün ticarətdən örtük kimi istifadə edirlər”.

#İran #SEPAH

Related Articles

Bir cavab yazın

Back to top button