AzərbaycanDünya

ABŞ sülh razılaşması üçün Azərbaycan və Ermənistanla çalışmağa davam edəcək

"Biz Ermənistanla Azərbaycan arasındakı vəziyyəti həll etmək üçün çalışmağa davam edəcəyik". Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.

“Dövlət katibi son bir həftə ərzində çoxsaylı təmaslarla şəxsən bu prosesdə iştirak edib. Son 24 saat ərzində Ağdam marşrutu ilə Qarabağa humanitar yüklərin bir partiyası keçib. Ona görə də biz bu məsələnin vacibliyi ilə bağlı konkret məqamı bir daha təkrar edəcəyik: həm qısamüddətli məsələ kimi hər iki dəhlizin açılmasını, həm də  daha uzunmüddətli məsələ kimi iki ölkənin yekun razılığa gəlməsini”, – o vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button