Dünya

ABŞ ukraynalı pilotlara “F-16” təyyarələrində təlim keçməyə icazə verəcək

ABŞ ukraynalı pilotlara “F-16” təyyarələrində təlim keçməyə icazə verəcək

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

O qeyd edib ki, ukraynalı pilotlara təlimin keçirilməsi üçün lazım olan resursları hazırlamaq üçün daha bir neçə həftə vaxt lazımdır.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq ukraynalı pilotların “F-16” qırıcıları üçün hazırlanması prosesinin tezliklə başlayacağına inandığını bildirmişdi.

“The Financial Times” yazıb ki, 11 Qərb ölkəsindən ibarət qrup avqust ayından etibarən ukraynalı pilotlara “F-16”ı idarə etmək üçün təlimlərə başlayacaq.

Təlim Danimarkada başlayacaq, tərəflər isə Rumıniyada uzunmüddətli təlim proqramlarının həyata keçirilməsi üçün mərkəz yaradacaqlar. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button