Dünya

ABŞ Yəməndə husilərin 230 hədəfinə zərbələr endirib

ABŞ Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) üsyançılarının 230 hədəfini vurub.

Bu barədə  “Bloomberg” ABŞ müdafiə nazirinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Deniel Şapiroya istinadən məlumat yayıb.

O həmçinin Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində qeyd edib ki, ABŞ qüvvələri çox güman ki, husilərin yüzlərlə silahını məhv edib.

Bununla belə, Şapironun sözlərinə görə, hərəkat qalan arsenalından istifadə edərək “qarşıdurmaya tab gətirməkdə qərarlı” görünür.

Related Articles

Bir cavab yazın

Back to top button