İran

Xanduzi bildirib ki, İranın iqtisadi artımı 6%-i keçib

Bu il yanvarın 21-dən fevralın 19-dək ölkədə inflyasiyanın səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% azalıb. Bu barədə çərşənbə axşamı İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi bildirib.

Nazir ölkənin iqtisadi artımının 6%-i keçdiyini bildirərək, Bəhmən ayının sonuna (19 fevral) qədər İranda inflyasiya səviyyəsinin 35,8% olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu ilin 9 ayında İran iqtisadiyyatının artımı neft gəlirləri nəzərə alınmaqla 5,1%-ə, neft gəlirləri olmadan isə 2,5%-ə çatıb.

“İranın neft gəlirləri ötən payızda 10,8% olub, bu il isə 21,8%-ə çatıb”, – deyə o əlavə edib.

İranın iqtisadiyyat naziri, həmçinin bildirib ki, bu il ölkənin sənaye artımı 1,8%-ə yüksəlib

Related Articles

Bir cavab yazın

Back to top button