
Bu barədə aprelin 8-də “New York Post” məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələri 154-ə qədər “Tomahavk” raketi daşıya bilən sualtı qayığı Yaxın Şərqə göndərib.
Yaxın Şərq regionuna göndərilən sualtı qayıq Corciya ştatında dislokasiya olmuşdu. Aprelin 7-də o, Süveyş kanalını keçib.
ABŞ-ın Beşinci Donanmasının məlumatına görə, sualtı qayıq ABŞ-İran münasibətlərinin pisləşməsi fonunda regionda təhlükəsizliyi təmin etmək üçün ora yerləşdirilir.