Azərbaycan

Adı türkcə olduğu üçün 7 yaşlı Anara kimlik verilmir

Güney Azərbaycanın Kəleybər şəhərindən olan və Tehranda yaşayan Anar Nemətpura kimlik ala bilmir.

Bu barədə Anarın valideynləri sosial mediada paylaşım edib. Bildirirlir ki, dünyaya gəlməsindən 7 il 4 ay keçməsinə baxmayaraq adı türkcə olduğu üçün ona şəxsiyyət vəsiqəsi verilmir.

Məktəbə yazılması üçün 3 ay vaxt qalsa da, İran Qeydiyyat İdarəsi ona sənəd verməkdən imtina edir.

Bundan bir müddət öncə Qoşaçay şəhərindən olan türk ailə oxşar problemi yaşamış və bir ilə yaxın mübarizədən sonra övladlarına Anar adına şəxsiyyət vəsiqəsi ala bilmişdirlər.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən “Ərk”-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda “İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması” da vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button