Dünyaİran

AEBA İranı öhdəliklərinə əməl etməyə çağırıb

Yaxın Şərqdəki böhranın genişlənəcəyi təhlükəsindən danışan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA)

Baş direktoru Rafael Qrossi İranın uranın zənginləşdirilməsi barədə öhdəliklərinə əməl etməsini istəyib.

O, bu barədə “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

Qrossi problemin həlli yolunun diplomatiya olduğunu qeyd edib və Tehran hakimiyyətini bu məsələdə agentliklə əməkdaşlığa çağırıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri vurğulayıb ki, regiondakı vəziyyət çox kövrək və qeyri-sabitdir və AEBA belə nəticələrin qarşısını almaq üçün mümkün qədər aktiv olmağa çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button