
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə cümə günü əyalət qubernatoru Teo Nqvabice Kasi məlumat verib.
“Ölənlərlə yanaşı, itkin düşənlər də var. Axtarış-xilasetmə işləri davam edir”, – əyalət rəhbəri bilgiləndirib.
Konqonun “Radio Okapi” radiostansiyası bildirib ki, mayın 4-ü axşam saatlarında Cənubi Kivu əyalətinin bir sıra ərazilərində güclü yağışlar yağıb. Ən böyük dağıntı Buşuşu və Nyamukubi kəndlərində qeydə alınıb, burada daşan çaylar 500-dən çox evin uçmasına səbəb olub.
Bu həftənin əvvəlində KDR ilə qonşu olan Ruandada güclü leysan yağışları 120 nəfərdən çox insanın ölümünə səbəb olmuşdu. (report)