Dünyaİran

Ağ Ev: “İran Amerika vətəndaşlarına hücum edərsə, ağır nəticələrlə üzləşəcək”

Amerikanın Milli Təhlükəsizlik müşaviri Cek Sollivan İrana xəbərdarlıq edib.

Cek Sollivan İranın Con Boltonu öldürmək planına cavab olaraq bildirib ki, Bayden administrasiyası Amerika vətəndaşlarını müdafiə etmək cəhdlərini dayandırmayacaq.

“Əgər İran Amerika vətəndaşlarına, o cümlədən bu ölkənin keçmiş rəsmilərinə hücum etsə, ağır nəticələrlə üzləşəcək”-deyə, o bildirib.

“Aksios” internet saytı Amerikanın keçmiş dövlət katibi Mayk Pompeoya yaxın mənbəyə istinadən maraqlı məlumat dərc edib.

Saytın məlumataına görə, Amerika Ədliyyə Nazirliyinin Pompeoya bildirib ki, Con Boltondan sonra İranın sui-qəsd hədəfində olan ikinci şəxs odur.

Amerika Dövlət Departamentinin keçmiş sözçüsü Morqan Orteqas isə İranın Con Boltonu öldürmək planına baxmayaraq, Bayden administrasiyası hələ də nüvə danışıqlarını canlandırmaq üçün danışıqları davam etdirmməsini tənqid edib.

“Bayden administrasiyası hələ də nüvə danışıqlarını canlandırmaq üçün danışıqları davam etdirməyə çalışır və görünür ki, İran Amerikanın keçmiş rəsmilərindən birini öldürdüyü zaman hərəkətə keçməyi nəzərdən keçirəcək.

Biz İranın Amerika liderlərini öldürməsini gözləyə bilmərik”deyə, Orteqas Baydeni tənqid edib.

Related Articles

Bir cavab yazın

Back to top button