Dünyaİran

Ağ Evdən İranla nüvə danışıqları ilə bağlı yeni açıqlama

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İranla nüvə danışıqları ilə bağlı yeni açıqlama verib.

Con Kirbi İranla nüvə anlaşmasının ABŞ hökumətinin gündəmində olmadığını bir daha vurğulayıb.

Bu barədə “Radio fərda” məlumat yayıb.

“Hazırda Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA və ya İran nüvə sazişi) üzrə danışıqlar hazırda gündəmdə deyil”,- Kirbi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bu, İranla nüvə danışıqlarının bərpası üçün Ağ Ev rəsmisinin Omana səfəri ilə bağlı yayılan xəbərdən bir gün sonraya təsadüf edir.

Mayın 21-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi də, İranın hökumət mediasının son iddiasına cavab olaraq, agentliklə Tehran arasında mübahisəli məsələlərin mürəkkəb olduğunu və “hələ ki, heç bir yekun nəticəyə çatmadığını deyib.

Qeyd edək ki, İranın hökumət mediası Beynəlxalq Atom Enerjisi Agentliyi ilə problemlərin həll oluunduğu, qərbin nüvə danışıqlarının bərpasına başlamaq istəyi barədə təbliğat xarakterli məlumatlar dərc edir.

Related Articles

Bir cavab yazın

Back to top button