AzərbaycanBölgəCəmiyyətSiyasət

Fikrət Sadıxov: “Ermənistan Rusiyadan uzaqlaşmağa istiqamətlənmiş addımlar atır”

Bu yaxınlarda BMT-də Ermənsitanı təmsil edən diplomatlar 2008-ci ildən bəri ilk dəfə Abxaziya və Cənubi Osetiyadan gürcü qaçqınların aqibəti ilə bağlı qətnamənin səsverməsində iştirak etməmək qərarına gəliblər.

Xatırladaq ki, Ermənistan həmişə bu təşəbbüsün əleyhinə səs verib və buna görə Gürcüstanın siyasi dairələrinin sərt təqnidinə tuş gəlib.

Ermənistanın səsvermədə iştirak etməməsinin hansısa mühüm rol oynamadığına baxmayaraq, bu addımı Rusiya qarşı atılan bir addım kimi qiymətləndirmək olar.

Aznews.tv bununla bağlı politoloq, Qərbi-Xəzər Universitetinin professoru Fikrət Sadıxovun 1news.az-a müsahibəsini təqdim edir:

–  Ermənistan tərəfinin bu addımlarını necə şərh edərdiniz?

– Onların bu cür mövqeyi uzun müddət ərzində tutub-tutmayacağını demək çətindir. Lakin aydındır ki, Ermənistan Rusiya və Avropa arasında ora-bura qaçır. Ermənistan hal-hazırda həm Qərbə, həm də Rusiyaya yararlanmaq istəyir.

Lakin, rəsmi irəvanın bu mövqeyi birmənalı olaraq Moskvanın kəskin qəzəbinə tuş gələcək. Orada artıq Ermənistanın baş naziri Nikol Paşinyan haqda təhqiramiz ifadələrlə dolu bəyanatlar səslənir. O, artıq kimin yanında olduğunu müəyyən etməlidir, çünki bir-birinə zidd olan bu

Rusiyalı məsul şəxslər artıq onu ələ salır. Bu timsalda Dmitriy Medvedevin İrəvana səfəri zamanı onların arasında olan dialoqu yada salmaq olar.

– Aprel ayında BMT Myanma ilə bağlı məhdudlaşdırma tədbirlərini daha bir il müddətinə uzadıb. Bu sanksiyaları dəstəkləyən ölkələr arasında Ermənistan da var idi. Adətən BMT-nin bu cür qərarlarını təşkilatın üzvlüyünə namizdəd olan ölkələr edir. Bu ölkələr öz xarici siyasətini Avropa İttifaqına uyğun aparmaq barəsində öz üzərinə öhdəlik götürür. Belə çxırı ki, Ermənistan Rusiyadan uzaqlaşmaq məqsədindədir?

– Ermənistanın etdiyi xarixi siyasətdə və aparıcı mərkəzlərlə münasibətlərin qurulmasında dəqiq istiqamətə malik olmayan insanların imöulsib hərəkətlərinə bənzəyir. Şübhəsiz ki, bu onların müttəfiqi olan Rusiyanı qıcıqlandıracaq və Ermənistan diplomatiyasına qarşı mənfi münasibətini gücləndirəcək.

Əgər Ermənistan rəhbərliyi, Rusiyanın forpostu olaraq, bu ölkənin silah-sursatını, qazını istfadə edərək, öz ərazilərində Rusiyanın bazasının yerləşdirilməsinə göz yumaraq və faktiki olaraq dilənçi həyatı sürdürərək, digər geosiyası mərkəzlərə oriyentasiya edərək müstəqil xarici siyasət yeridə biləcəyini düşünürsə, ciddi yanlışlığa yol verib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button