İran

Ağ Qulada saxta spirtli içkidən 3 nəfər ölüb

Ötən gün Ağ Qula şəhərində saxta alkol içdikləri üçün 3 nəfər həyatını itirib. Məsələ ilə bağlı Türkmən Səhra Tibb Elmləri Danişqahı Ümumi İlgilər Şöbəsinin məsul şəxsi Məhəmmədrza Zare məlumat verib. Belə ki, Ağ Qula şəhəri Al Cəlil Mərizxanasına müraciət etmiş başqa 4 nəfər də hazırda özəl qayğılar bölməsində müalicə alır. 2 nəfərin durumu isə ağır olaraq qiymətləndirilir. Həmin şəxslər Gürgan şəhəri Səyyad Şirazi adına Mərizxanaya yerləşdiriliblər.
Məhəmmədrza Zarenin sözlərinə görə, saxta alkol səbəbindən məsmumluq əlamətləri olan şəxslərdən dərhal müalicə mərkəzlərinə müraciət etmələri istənilib.
Ağ Qula Vilayətinin fərmandarı Əmirşir Tumac da məsələyə münasibət bildirib. Məlumata görə, bu olayın amillərini araşdırmaq, habelə tutuqlanmalar üçün əmniyət və polis dəsqahları tərəfindən özəl təhqiqat timi yaradılıb.
Qeyd edək ki, Dünya Sağlıq Sazimanı dünyada hər il 3 milyon nəfərin saxta alkollu içkilər səbəbindən öldüyünü açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button