Azərbaycan

Ağdaban faciəsindən 29 il ötür

Bu gün Ağdaban soyqırımının baş verməsindən 29 il ötür.
1992-ci il avrilin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər şəhristanının 130 evi olan Ağdaban kəndi bütünlüklə yandırılıb. Bu qanlı faciədə kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər öldürülüb, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 xanım diri-diri yandırılıb.
Erməni vəhşiliyinin əsil üzü şair Ağdabanlı Qurbanın və klasik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilməsi ilə göründü.
Vurğulayaq ki, Ağdaban kəndi Kəlbəcər şəhristanının mərkəzindən 56 km quzey-doğuda yerləşir.

Related Articles

Bir cavab yazın

Back to top button