Azərbaycan

Ağdamda Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı yürüş keçirilib

İşğaldan azad edilən Ağdam şəhərində yürüş keçirilib. Xocalı soyqırımının 30 ildönümü münasibətilə keçirilib.

İşğaldan azad edilən Ağdam şəhərində yürüş keçirilib. Xocalı soyqırımının 30 ildönümü münasibətilə keçirilib.

Məlumata görə, yürüşdə Prezidentin Xüsusi Nümayəndəliyinin, Ağdamın tikinti və bərpasında iştirak edən şirkətlərin, hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri iştirak ediblər.

Yürüş Prezidentin Xüsusi Nümayəndəliyinin qərargahının qarşısından Ağdamın Şəhidlər Xiyabanına qədər davam edib. Şəhidlərin əziz xatirəsi yad olunub və ruhlarına dualar oxunub.

Qeyd edək ki, Ağdamın Şəhidlər Xiyabanı Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımızın əsas dəfn edildiyi məkan olub.

Related Articles

Bir cavab yazın

Back to top button