Aznewstv xəbər verir ki, bu sözləri Qəzzada ailəsini itirən Əl-Cəzirə media şəbəkəsinin müxbiri Vael Əl- Dahduh Misirin Əl Qahirə və Al Nas telekanalına verdiyi müsahibə zamanı deyib.
“Mən hazırda çox ziddiyyətli hisslər keçirirəm həm kədər, qürur əzmkarlı. Bunlar olmasaydı bəlkə mən öz ailəmin itirməyimə dözə bilməzdim”.
Qeyd edək ki, oktybr ayının 25-i axşam saatlarında İsrail silahlı qüvvələri Qəzzanın müxtəlif yaşayış məntəqələrinə bir neçə zərbələr endirib, nəticədə telekanalının Qəzzada olan ofisinin rəhbəri Vael Əl-Dahduhun ailəsi qətlə yetirilib.