İran

Aksiyada həbs olunan milli fəalların siyahısı artır

Tirin 26-da Qarabağa dəstək aksiyalarında tutuqlanan fəallardan daha 3 nəfərinin adı bəlli olub. Məlumata görə, Milli fəallar Hüsen Şəhidi, Hdi Əlişi, Yəqub Məcidi Tehranda Ermənistanın səfirliyi qarşısında tutuqlanıb. Onların hazırda Tehranın Evin zindanında saxlanıldıqları bildirilib. Xatırladaq ki, Tir ayının 26-sı Azərbaycana dəstək məqsədilə Təbriz, Urmu, Tehran şəhərlərində mitinqlər keçirilib. İştirak edənlərin sözlərinə əsasən aksiya zamanı 40 nəfər milli fəal tutuqlanıb. Qeyd edək ki, həmin gün Təbrizdə Məqsud FəzliÇəminZəmin, Rəhim Sasani, Həkimə Əhmədi, Sədulla Sasani, Yasəmin Zəfəri, Rəsul Rəzəvinin, Tehranda Həmid Cabbalı, Urmuda Şiva Mücərrəd, Fərid Xorşidi, Slar Tahiri Əfşar, Savaş və Səhənd Behnumun həbs olunub. Bildirək ki, milli fəalların həbs olunmasından 5 gün ötüb. Amma Həkimə Əhmədi, Yasəmin Zəfəri, Rəhim Sasani,Sədulla Sasani, Məqsud FəzliÇəminZəmin, Fərid Xorşidi, Slar Tahir Əfşar, Şiva Mücərrəd, Həmid Cabbarlı hələ də zindanda saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button