Dünya

Albaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycanın Yunanıstanda, eyni zamanda, Albaniyada akkreditə olunmuş səfiri Anar Hüseynov etimadnaməsini Albaniyanın Prezidenti İlir Metaya təqdim edib.

Təqdimetmə mərasimindən sonra Albaniya Prezidenti ilə Azərbaycan səfiri arasında görüş keçirilib.

Görüşdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində qurulmuş əməkdaşlıqla yanaşı, turizm, kənd təsərrüfatı, İKT, qarşılıqlı sərmayə yatırımı və maraq kəsb edən digər sahələr ətrafında fikir mübadiləsi aparılıb.

Albaniya Prezidenti İlir Meta ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını dəstəklədiklərini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button