
Çörək mağazalarının qarşısında uzun növbələrin yarandığı, bunun vətəndaşlarla çörəkçilər arasında mübahisə və qarşıdurmalara səbəb olduğu bildirilir.
“Evdə qızımla birlikdə xalça toxuyaraq həyatımızı dolandırırırq. Ancaq hər gün ortalama 3-4 saat çörək növbəsində dayanmalı olduğumuz üçün işimizdən geri qalırıq.
Təsəvvür edin ki, artıq növbəyə durub və başqa müştərilərə növbə satmaq bir peşəyə çevrilib”, – urmiyalı qadınlardan biri deyib.
Qeyd edək ki, bundan öncə, 2022-ci ildə un və un məmulatlarının qiymətində bir neçə dəfə artım qeydə alınıb. Urmiyanın bəzi bölgələrində bir paket lavaşın qiyməti 80 min tümənə çatıb.