İsrailin baş baxanı Benyamin Netanyahu ilə Amerika prezidenti Co Bayden arasında telefon danışığı olub. Bu barədə baş baxanın dəftəri məlumat yayıb. Bildirilib ki, baş baxan Co Baydenlə bölgədəki son durumu, İsrail tərəfindən atılacaq addımları danışıb.
Amerika prezidenti bundan başqa, Filistinin dövlət başçısı Mahmud Abbasla da telefoda danışıb. Bunu Filistinin “Fəth” hərəkatının mərkəzi komitəsinin üzvü Hüseyn əş-Şeyx tuiter səhifəsində yazıb. Onların danışığının ayrıntıları barədə məlumat verilməyib.