İran

Mi̇lli̇ fəal Səccad Şəhi̇ri̇ Sulduz həbsxanasına qayıdıb

Mürəxəsi müddəti bitən azərbaycanlı fəal Səccad Şəhiri meyin 15-də Sulduz zindanına qayıdıb. Xatırladaq ki, fəal avrilin 25-də vəsiqə qarşılığında Sulduz həbsxanasından 20 günlük mürəxəsiyə buraxılıb.

O, 2020-ci il janviyənin 16-da İran hökumətinin ittilaat məmurları tərəfindən Sulduz şəhərində saxlanılaraq dindirilmək üçün İttilaatın Təbrizdəki ba:zdaştqahına köçürülüb. Fəal həmin il marsın 2-də İttilaatın ba:zdaştqahından Təbriz şəhərinin mərkəzi zindanına köçürülüb və 500 milyon tümənlik vəsiqə qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq azad edilib. Səccad Şəhiri bundan öncə də dəfələrlə dinc mədəni fəaliyyətinə görə saxlanılıb.

Qeyd edək ki, koronavirus yayılması ilə ilgili olaraq İran həbsxanalarında təhlükəli durum yaranıb. Buna görə də hökumət zindaniləri mürəxəsiyə buraxmaq zorunda qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button