Dünya

Aleksey Navalni 3 il yarım həbs edilib

Mosko məhkəməsi rusiyalı müxalifət lideri Aleksey Navalnının “Yves Rocher” işi üzrə şərti cəzasını ləğv edib. Belə ki, Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin müraciəti əsasında blogger barəsində yeni qərar qəbul edib. Bununla da müxalifət lideri 3 il yarım azadlıqdan məhrum edilib.
Hakim Natalya Repnikova bildirib ki, müttəhimin ev dustaqlığında keçirdiyi 12 ay təyin edilmiş cəzadan çıxılacaq. Beləliklə, difa tərəfi qərara etiraz etməsə, Navalnı 3,5 ildən az müddət həbsxanada qalacaq.
Məsələ ilə bağlı Navalnının vəkili də jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Rusiyə opozisionun siyasətçiləri çıxarılmış həmin hökmə etiraz edəcəklər.
Amerikanın Xarici İşlər vəziri Antoni Blinken də müxalifət liderinin tezliklə azadlığa buraxılmasını istəyib. Amerika rəsmisi bildirib ki, ölkəsi Rusiyə ilə həmkarlığını davam etdirsə də, Rusiyə hökumətini vətəndaşlarının hüquqlarını pozmaqda məsul tanıyır.

Related Articles

Bir cavab yazın

Back to top button