Dünyaİran

Fransa: “İran hökuməti Evində saxlanılan Fransa vətəndaşlarının təhlükəsizliyinə cavabdehdir”

Oktyabrın 16-da Fransa, "bir neçə Fransa vətəndaşının özbaşına saxlanıldığı" Evin həbsxanasında yanğınla bağlı xəbərləri diqqətlə izlədiyini söyləyib.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, İslam Respublikasının səlahiyyətli orqanları İranda saxlanılan bütün Fransa vətəndaşlarının təhlükəsizliyi və sağlamlığından məsuldur və İran hökuməti onların hamısını tez bir zamanda azad etməlidir.

Fransanın xarici işlər naziri Ketrin Kolonna bu yaxınlarda İranda 5 Fransa vətəndaşının saxlanıldığını açıqlayıb.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatının yayımlanmasından bir neçə saat əvvəl Avropa Birliyinin xarici siyasət rəhbəri Jozef Borrel tvitter hesabında yazıb ki, Evin həbsxanasındakı vəziyyətlə bağlı ciddi narahatlığını İranın xarici işlər naziri Hüseyn Əmirabdullahyana çatdırıb.

Onun sözlərinə görə, İran hakimiyyəti bütün məhbusların, o cümlədən insan haqları müdafiəçiləri və Avropa vətəndaşlarının həyatına cavabdehdir və İslam Respublikası maksimum şəffaflıqla hərəkət etməlidir.

Oktyabrın 15-də Evin həbsxanasındakı yanğın xəbərinin dərc olunmasından qısa müddət sonra Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays tvitter hesabında paylaşım edib.

“Biz Evin həbsxanası ilə bağlı xəbərləri diqqətlə izləyirik və İranda maraqlarımızın müdafiəçisi İsveçrə ilə davamlı əlaqə saxlayırıq”,- deyə, Prays yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button